Bakı.Trend:
Tbilisi şəhər məhkəməsinin hakimi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin təxminən 9 milyon lari (təxminən 3,2 milyon ABŞ dolları) məbləğində vəsaiti mənimsəməsi ilə bağlı iş üzrə məhkəmə dinləmələrini yekunlaşdırıb.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli yerli KİV-ləri məlumat yayılıb.
Məlumata görə, hakim Badri Koçlamazaşvili ittiham və müdafiə tərəfinin son çıxışlarını dinlədikdən sonra qərarın çıxarılması üçün fasiləyə ayrılıb. Onun yaxın saatlarda və ya yaxın günlərdə iş üzrə hökm çıxaracağı gözlənilir.
Qeyd edək ki, Saakaşvilinin dövlət vəsaitini mənimsəməsi üzrə ittiham 2014-cü ildə irəli sürülüb. İttihama əsasən, Saakaşvili qeyd olunan məbləğin böyük hissəsini 2009-2012-ci illərdə şəxsi ehtiyacları üçün xərcləyib.