Bakı. Trend:
Xəzər rayonu, "Qala" QTM-dən qidalanan əhali kollektorunun üzərində quraşdırılmış sənaye sayğaclarının yeni çəkilmiş sənaye kollektoruna köçürülməsi məqsədilə 11 mart 2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Trend xəbər verir ki, bu barədə SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Qala kəndinin qaz təminatında müvəqqəti fasilə yaranacaq.