...

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb (FOTO/VİDEO)

Hadisə Materials 10 Mart 2025 11:27 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb (FOTO/VİDEO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən Trend-ə verilən məlumata əsasən, Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Divanlı kəndi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti