...

Donald Trampın bəyanatından sonra "NASDAQ 100" texnologiya indeksi 1 trilyon dollar itirib

Dünya xəbərləri Materials 11 Mart 2025 01:37 (UTC +04:00)
Donald Trampın bəyanatından sonra "NASDAQ 100" texnologiya indeksi 1 trilyon dollar itirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın Amerika iqtisadiyyatının yavaşlaya biləcəyi barədə bəyanatları nəticəsində “NASDAQ 100” texnologiya indeksinin səhmləri 1 trilyon dollar kapitallaşma itirib.

Trend xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Martın 9-da “Fox News” efirində Tramp, idxal mallarına rüsumların artırılmasının Amerika iqtisadiyyatına təsir edə biləcəyini etiraf etsə də, mümkün resessiya barədə sualdan yayınıb.

NASDAQ 100 indeksi təxminən 4% azalıb ki, bu, 2022-ci ildən bəri ən pis göstəricidir. Bakı vaxtı ilə 22:13-ə olan vəziyyətə görə, ən çox zərər çəkən “Tesla” olub: elektromobil istehsalçısının indeksi 14% azalıb. Həmçinin, proqram təminatı tərtibatçısı “Palantir Technologies”in səhmləri 11%, “Apple” şirkətinin qiymətli kağızları 5,3%, “Microsoft” 3,5%, “Nvidia” isə 4,8% azalıb.

Son bir ayda ABŞ-ın aparıcı indeksləri təxminən 5% azalıb və Amerika şirkətlərinin bazar kapitallaşmasını 3,4 trilyon dollar azaldıb.

Xatırladaq ki, Donald Tramp seçkiqabağı kampaniyası zamanı prezidentliyi dövründə ABŞ-ın “Qızıl dövr”ə qədəm qoyacağını vəd etmişdi. Martın 5-də Konqres qarşısında “Ölkənin vəziyyəti haqqında” müraciətlə çıxış edən Tramp, bu tezisi təkrarlayaraq Amerika “Qızıl dövrünün yenicə başladığını” söyləmişdi.

Xəbər lenti

Xəbər lenti