...

Ötən il gözyaşı axarının bərpası məqsədi ilə neçə oftalmoloji əməliyyat icra olunub?

Gündəm Materials 10 Mart 2025 12:33 (UTC +04:00)
Ötən il gözyaşı axarının bərpası məqsədi ilə neçə oftalmoloji əməliyyat icra olunub?
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ildə icbari tibbi sığorta hesabına gözyaşı axarının bərpası məqsədilə 234 cərrahi prosedur icra olunub.

Bu barədə Trend-ə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, icbari tibbi sığorta ilə tibbi xidmətlərdən istifadə etmək üçün TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinə və ya Səhiyyə Nazirliyinin elmi-tədqiqat institutlarına şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir.

Qeyd edək ki, dakriosistit – göz yaşı kisəsinin iltihabi xəstəliyidir. İstənilən formalı dakriosistitin (kəskin, xroniki və s.) əsasında göz yaşı axarının daralması və ya tutulması durur. Bu hallar anadangəlmə (yenidoğulmuşlarda) və ya qazanılmış olur. Yenidoğulmuşlarda bu, gözyaşı kanallarının anadangəlmə anomaliyaları, kanalın distal hissəsində sıx epitel membranının olması və s. ilə əlaqədar ola bilər. Qazanılmış formalarına kəskin respirator virus infeksiyaları, xroniki rinit, sinusit, burun polipləri, adenoidlər, burun sümüklərinin və orbitin sınıqları səbəb ola bilər. Xəstəliyin bu formasına istənilən yaşda rast gəlmək olar.

İcbari tibbi sığorta ilə xəstəliyin diaqnostikası ixtisaslı həkimin müayinəsi, kontrastlı maddə ilə rentgenoloji müayinə, mikrobioloji müayinə (gözyaşı kisəsindən ifraz olunan mayenin əkilməsi və antibiotikə qarşı həssaslığın yoxlanılması), ehtiyac olduqda KT və MRT əsasında aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti