...

Londondakı məşhur "Tower Bridge" müvəqqəti bağlanıb

Dünya xəbərləri Materials 10 Mart 2025 21:40 (UTC +04:00)
Londondakı məşhur "Tower Bridge" müvəqqəti bağlanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Londonda yerləşən məşhur "Tower Bridge" körpüsü müvəqqəti olaraq nəqliyyat və piyadalar üçün bağlanıb.

Trend “Sky News”a istinadən xəbər verir ki, buna bir nəfərin körpünün üst dayaqlarından birinə çıxması səbəb olub.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib, xilasetmə məqsədilə nərdivan quraşdırılıb və həmin şəxslə ünsiyyət qurmağa cəhd edilib.

Təxminən iki saat sonra London polisi həmin şəxsin təhlükəsiz şəkildə yerə endiyini və körpünün qısa müddət ərzində yenidən açılacağını açıqlayıb.

Xəbər lenti

Xəbər lenti