...

Aəzrbaycan Milli Məclisi ilə Gürcüstan parlamenti arasında memorandum imzalanıb

Siyasət Materials 10 Mart 2025 18:30 (UTC +04:00)
Aəzrbaycan Milli Məclisi ilə Gürcüstan parlamenti arasında memorandum imzalanıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarovanın Gürcüstana rəsmi səfəri çərçivəsində iki ölkənin qanunverici orqanları arasında əməkdaşlıq haqqında memorandumun imzalanması mərasimi keçirilib.

Parlamentdən Trend-ə verilən məlumata görə, sənədi Milli Məclisin sədri Sahibə Qafarova və Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili imzalayıblar.

Qeyd olunub ki, bu sənəd qanunverici orqanlarımız arasında münasibətlərin daha da dərinləşməsinə, əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti