...

Malaziyada güclü daşqınlarla əlaqədar 4 min nəfər təxliyə olunub

Dünya xəbərləri Materials 10 Mart 2025 10:18 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Malaziyanın Sabah ştatında güclü daşqınlarla əlaqədar 4 mindən çox insan təxliyə olunub.

Trend xəbər verir ki, bu haqda “Bernama” agentliyi Milli Fövqəladə Hallarla Mübarizə Agentliyinə istinadən məlumat yayıb.

Məlumata görə, təbii fəlakətdən zərərçəkən 4122 nəfər sakin müvəqqəti yaradılmış 18 təxliyə mərkəzinə yerləşdirilib.

Daşqınlar bölgənin iqtisadiyyatına milyonlarla dollar həcmində zərər vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti