...

Bankların valyuta əməliyyatlarından gəliri 30%-ə yaxın artıb

İqtisadiyyat Materials 10 Mart 2025 10:17 (UTC +04:00)
Bankların valyuta əməliyyatlarından gəliri 30%-ə yaxın artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən bankların məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis gəlirlərinin həcmi 27,7 milyon manat təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 milyon manat və ya 29,4% çoxdur.

Belə ki, ötən ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən bankların məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis gəlirlərinin həcmi 21,4 milyon manat olub.

Qeyd edək ki, hesabat dövründə Azərbaycandakı bankların xalis mənfəətlərinin həcmi 71 milyon manat olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,6 milyon manat, yaxud da 28,7% azdır. 2024-cü ilin ilk ayında Azərbaycanda fəaliyyət göstərən bankların xalis mənfəətlərinin həcmi 99,6 milyon manat idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti