...

Yeni sosial xidmət müəssisələri yaradılacaq

Cəmiyyət Materials 10 Mart 2025 11:58 (UTC +04:00)
Yeni sosial xidmət müəssisələri yaradılacaq
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bu il paytaxt və bölgələrdə daha 5 sosial xidmət mərkəzi yaradılacaq.

Trend xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin və Sosial Dəstək Mərkəzinin fəaliyyətinə həsr olunan infosessiyada məlumat verilib.

Ötən il Sosial Xidmətlər Agentliyinin 21 sosial xidmət müəssisəsində 3356 nəfərə xidmət göstərildiyi, qurumun sosial sifarişləri üzrə icra olunan layihələr çərçivəsində 15,8 min nəfərin reabilitasiya yönümlü sosial xidmətlərlə əhatə olunduğu qeyd edilib.

Həmçinin son bir ildə Agentlik tərəfindən 4,5 mindən çox tənha ahıl və əlilliyi olan şəxsə evlərində sosial-məişət xidməti göstərildiyi, daha 271 repatriantla sosial reabilitasiya işi aparıldığı diqqətə çatdırılıb.

Məişət zorakılığından zərər çəkmiş, penitensiar müəssisələrdən azad olmuş şəxslər və digər həssas qruplara göstərilən xidmətlərdən, övladlığagötürmə və “Himayədar ailə” qayğı modelinin tətbiqi sahələrində görülən işlərdən bəhs olunub.

Hazırda Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda 5 sosial xidmət mərkəzinin fəaliyyət göstərdiyi, bu il paytaxt və bölgələrdə daha 5 sosial xidmət mərkəzinin, bir sıra bölgələrdə yeni günərzi qayğı mərkəzlərinin yaradılacağı qeyd edilib. Qurulmaqda olan “Sosial işin idarə edilməsi” elektron sisteminin bu il istifadəyə verilməsinin planlaşdırıldığı bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti