...

Azərbaycan enerji məsələləri üzrə konstruktiv dialoqun qlobal mərkəzinə çevrilib - OPEC baş katibi

İqtisadiyyat Materials 10 Mart 2025 10:59 (UTC +04:00)
Azərbaycan enerji məsələləri üzrə konstruktiv dialoqun qlobal mərkəzinə çevrilib - OPEC baş katibi
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan enerji məsələləri üzrə konstruktiv dialoqun qlobal mərkəzinə çevrilib.

Trend xəbər verir ki, bunu Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haysam əl-Qays Bakı Enerji Forumunun iştirakçılarına göndərdiyi salamlama məktubunda bildirib.

“Azərbaycan OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlıq haqqında Bəyannamənin (DoC) vacib bir iştirakçısı kimi əsas enerji məsələləri üzrə konstruktiv dialoqun qlobal mərkəzinə çevrilib. Bu COP29-da özünü əyani sürətdə göstərib və heç şübhəsiz, bu fakt bir daha regionun enerji təqvimində mühüm yer tutan 30-cu Bakı Enerji Forumunda bir daha təsdiqini tapacaq”, -deyə o bildirib.

Haysam əl-Qays sözügedən forumun dünya energetikasında dialoq və əməkdaşlıq üçün vacib meydança olduğunu vurğulayıb.

Qeyd edək ki, Bakı Enerji Həftəsi (Baku Energy Week) bu il 3-5 iyun tarixlərində keçiriləcək. Həfətnin əsas hadisəsi, iyunun 4-5-ə planlaşdıırlan Bakı Enerji Forumu olacaq. Forum hər il enerji sferasının əsas iştirakçılarını, aparıcıl beynəlxalq ekspertləri, investorları və biznes nümayəndələrini bir araya gətirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti