Bakı. Trend:
Ermənistanın təcavüzü nəticəsində 3 983 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.
Trend xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı”nın təqdimat mərasimində məlumat verilib.
Bildirilib ki, onlardan 3 977-si Birinci Qarabağ, 6-sı isə Vətən müharibəsində itkin düşüb. İtkinlərdən 3 209-u hərbçi, 774-ü mülki şəxsdir.
Qeyd edilib ki, 3 983 nəfərdən 3 698-i kişi, 285-i qadındır.