...

Milli Məclisin sədri Tbilisidə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib (FOTO)

Cəmiyyət Materials 10 Mart 2025 17:24 (UTC +04:00)
Milli Məclisin sədri Tbilisidə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti martın 10-da Gürcüstana rəsmi səfəri çərçivəsində Tbilisidəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət edib.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Spiker Sahibə Qafarova abidənin önünə əklil qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad edib.

Sonra Milli Məclisi sədri Qəhrəmanlar Meydanında Memorial kompleksini ziyarət edib.

Spiker Sahibə Qafarova burada Gürcüstanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların abidəsi önünə əklil qoyub.

Burada Azərbaycanın və Gürcüstanın Dövlət Himnləri səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti