Bakı. Trend:
Polis əməkdaşları tərəfindən ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.
Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, Ağdaş rayonu ərazisində keçirilən növbəti tədbir zamanı tullantıların urnalardan kənara atılması aşkar edilib.
Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə rayon sakini olan 3 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb.
Bundan başqa rayonun Dəhnəxəlil kəndi ərazisində ağac kəsilməsi faktı aşkarlanıb. Qanunsuz ağac kəsdiklərinə görə 2 nəfər barəsində araşdırma aparılır.
Bu istiqamətdə tədbirlər davam etdirilir.