Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evin Oval kabinetində baş vermiş insidentə görə amerikalı həmkarı Donald Trampdan üzr istəyib.
Trend xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff "Fox News" kanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ukrayna lideri bununla bağlı D. Trampa məktub göndərib:
"Fikrimcə, bu, vacib addım idi. Buna tərəqqi demək istərdim. Sövdələşmənin əldə olunacağına ümid edirəm", – deyə Uitkoff qeyd edib.