...

Misli Premyer Liqasında XXVI tur başa çatıb

İdman Materials 10 Mart 2025 21:50 (UTC +04:00)
Misli Premyer Liqasında XXVI tur başa çatıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Misli Premyer Liqasında XXVI tura yekun vurulub.

Trend xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma keçirilib.

Autsayderlər qrupunda yer alan komandalar Sumqayıtda üz-üzə gəlib. Şəhərin eyniadlı təmsilçisi "Kəpəz"i qəbul edib. Uzun müddətdir qol vura bilməyən "Sumqayıt" uğursuz seriyaya son qoyaraq öz meydanında 3:0 hesabı ilə qalib gəlib.

Turun son oyunu Bakıda baş tutub. Uğursuz mövsüm keçirən "Neftçi" "Turan Tovuz" komandası ilə qarşılaşıb. Uzun müddət hesab açılmasa da, son dəqiqələrdə komandalar fəallaşıblar. 88-ci dəqiqədə meydan sahibləri hesabı açsa da, 90+4-cü dəqiqədə qonaq komanda 1 xal qazanmağı bacarıb.

Qeyd edək ki, növbəti turun oyunları martın 14-16-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti