...

Xankəndi və Şuşada əmək yarmarkaları keçiriləcək

Cəmiyyət Materials 10 Mart 2025 16:03 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi “Azəriqaz” İstehsalat Birliyi ilə birgə Xankəndi və Şuşa şəhərlərində əmək yarmarkaları keçirəcək.

Trend xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yarmarkalar Xankəndidə martın 11-də saat 10:00-da Qarabağ Regional Məşğulluq filialının Xankəndi şəhər xidmət şöbəsinin inzibati binasında (Xankəndi şəhəri, Abbasqulu Ağa Bakıxanov küçəsi, 47), Şuşada isə martın 12-də saat 10:00-da Dövlət Xidmətləri Mərkəzinin inzibati binasında, (Şuşa şəhəri, Zəfər küçəsi, 3) təşkil olunacaq.

Tədbirlərdə “Azəriqaz” İB-nin Qarabağ Regional Qaz İstismarı İdarəsinin Şuşa və Xankəndi şəhərləri üzrə xidmət sahələrində olan qaz təsərrüfatında qəza bərpa işlərinin çilingəri, nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər, qaz təsərrüfatının nəzarətçisi, anbardar, usta və s. işlər üzrə vakansiyalar təqdim ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti