...

Azərbaycanın internetin sürətinə görə beynəlxalq reytinqi məlum olub

Cəmiyyət Materials 10 Mart 2025 13:31 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan orta internet sürətinə görə 2021-ci ildən sonra 154 ölkə arasında 30 pillə irəliləyib.

Trend xəbər verir ki, bunu “Onlayn Azərbaycan” Rəqəmsallaşmada yeni mərhələ” adlı tədbirdə “Aztelekom” MMC-nin Baş direktor vəzifəsini icra edən Həsən Ömərov deyib.

O qeyd edib ki, bununla ölkəmiz 91-ci pilləyə yüksəlib.

“BMT-nin Elektron Hökumət İnkişaf İndeksində isə Azərbaycan 1 il ərzində 9 pillə irəliləyərək 193 ölkə arasında 74-cü yerə yüksəlib. Azərbaycan ölkə tarixində ən yüksək göstərici olan 0,76 xal toplayaraq ilk dəfə rəqəmsal idarəçilik reytinqində ən yüksək kateqoriyaya daxil olub”, - H. Ömərov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti