...

Ermənistan diasporu Azərbaycan simpoziumlarında çıxış edən xarici eskpertlərə təzyiqlər edir – Deputat

Siyasət Materials 10 Mart 2025 13:02 (UTC +04:00)
Ermənistan diasporu Azərbaycan simpoziumlarında çıxış edən xarici eskpertlərə təzyiqlər edir – Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Təbliğatla elmi araşdırmalara fərq qoyulmalıdır. Elmi, tarixi araşdırmaların sayı artırılmalıdır.

Trend xəbər verir ki, bunu Milli Məclisinin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə bu gün İctimai birliklər və dini qurumlar komitəsinin “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda ictimai dinləməsində çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, xarici ekspertlər bizim tədbirlərdə çıxış etdikdən sonra onlara hücumlar edilir:

"Bizim beynəlxalq simpoziumlarda çıxış etdikdən sonra Ermənistan diasporu onların iş yerlərinə məktublar ünvanlayır, təzyiqlər edilir, onlar iş yerindən azad olunurlar. Biz həmin ekspertləri müdafiə etməliyik ki, xarici dostlarımızı itirməyək".

“Pozitiv brendinq, marketinq də bu mövzuda çox böyük rol oynayır. Biz xarici auditoriyaya müsbət mesaj vermək yönündə işləməliyik. Çalışmalıyıq ki, digər tarixi paralellər gətirək. Məsələn ahıska türkləri, almanlarının öz torpaqlarına qayıdışı və s", - deyə deputat fikrini tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti