Bakı. Trend:
Azad olunan ərazilərdə martın 3-dən 9-dək 48 tank əleyhinə mina, 90 piyada əleyhinə mina, 605 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 1 365.3 hektar ərazi minalardan təmizlənib.