...

Qazaxıstanda silahlı radikal dəstə üzvləri həbs olunub

Dünya xəbərləri Materials 10 Mart 2025 11:05 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend

Qazaxıstanın polis və Milli təhlükəsizlik komitəsinin əməkdaşları ölkənin Türkistan əyalətində mütəşəkkil dini radikal qrupu ifşa edib.

Trend xəbər verir ki, bu barədə ölkənin DİN mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, şübhəlilər radikal dini inanclar əsasında qrup şəklində cəmləşiblər və sosial şəbəkələrdə fərqli etiqadlardan olan vətəndaşların dini heysiyyətinə toxunan və onların şəxsiyyətini alçaldan ifadələr işlədiblər.

Polis saxlanılan şəxslərin məhkəmənin ekstremist məzmunlu hesab etdiyi materiallar yaydığını müəyyə edib.

“Şübhəlilərin yaşayış və iş yerlərində aparılmış axtarışlar nəticəsində 20-dən çox dini ədəbiyyat, narkotik vasitə, qanunsuz saxlanan silah-sursat və digər maddi dəlilər müsadirə olunub. Qrupun liderləri məhkəmə qətnaməsi əsasında həbs olunublar”, -deyə məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti