Bakı. Trend:
Bu ilin fevralın 1-nə Azərbaycanda ticarət və xidmət sektoruna kredit qoyuluşlarının həcmi 4 milyard manat təşkil edib.
Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata əsasən, bu, bir ay əvvələ nisbətən 78 milyon manat və ya 1,9% az , 2024-cü ilin yanvar ayı ilə müqayisədə isə 567,4 milyon manat və ya 16,2% çoxdur.
Hesabat ayı ərzində ticarət və xidmət sektoruna qoyulmuş kreditlərin 3,9 milyard manatı banklar, 76,4 milyon manatı isə qeyri-banklar tərəfindən yatırılıb.
Qeyd edək ki, ümumilikdə, Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 29,3 milyard manat təşkil edib.
Bu da aylıq müqayisədə 37,1 milyon manat və ya 0,1%, 2024-cü ilin yanvar ayındakı göstərici ilə müqayisədə isə 5 milyard manat və ya 20,4% artım deməkdir.