...

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 7%-ə yaxın artıb

İqtisadiyyat Materials 10 Mart 2025 11:46 (UTC +04:00)
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 7%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,6% artaraq 485 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) istinadən xəbər verir.

Məlumata əsasən, cari ilin yanvar-fevral aylarında yeyinti məhsullarının ixracı 12,3% artaraq 153,9 milyon ABŞ dollarına bərabər olub.

Bu dövrdə ixrac olunan qara metallar və ondan hazırlanan məmulatlar 66.9%, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 47%, alkoqollu və alkoqolsuz içkilər 39,2%, kimya sənayesi məhsulları 30%, çay 21.3%, alüminium və ondan hazırlanan məmulatlar 2.8% artıb.

2025-ci ilin yanvar-fevral aylarında aqrar məhsulların ixracı 9,5% artaraq 119,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracı isə 17,7% artaraq 43 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 11,6% artaraq 162,8 milyon ABŞ dolları təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti