Bakı.Trend:
"Onlayn Azərbaycan" ölkəmizin rəqəmsal transformasiya yolunda atdığı ən vacib addımlardan biri olub.
Trend xəbər verir ki, bunu Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayev "Onlayn Azərbaycan" layihəsinin hesabat tədbirində bildirib.
O bildirib ki, "Onlayn Azərbaycan" layihəsi uğurla tamamlanıb və bu, Azərbaycanın rəqəmsal transformasiya yolunda atdığı ən vacib addımlardandır.
"Onlayn Azərbaycan"ın hədəfi ölkədə hər kəsin internetə və rəqəmsal texnologiyalara çıxışını təmin etmək idi. Ümumiyyətlə əqəmsal texnologiyalar dünyanı kökündən dəyişdirir. Onlar insanların və cəmiyyətlərin rifahı, inkişafı, eləcə də planetimiz üçün böyük potensial faydalar təklif edir. Bu texnologiyalar dayanıqlı inkişaf məqsədlərinə nail olmağı sürətləndirir”,-deyə icraçı direktor qeyd edib.