...

Azərbaycan Dubayda turizm sərgisində iştirak edəcək

Turizm Materials 10 Mart 2025 11:46 (UTC +04:00)
Azərbaycan Dubayda turizm sərgisində iştirak edəcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan bu ilin 28 aprel-1 may tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək “ATM Dubai 2025" turizm sərgisində iştirak edəcək.

Trend-in əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət Turizm Agentliyində müvafiq işlər start götürüb.

Belə ki, sözügedən tədbirdə iştirakla əlaqədar açar təhvili üsulu ilə sərgi stendi quraşdırılacaq.

Agentlik sərgi stendinin quraşdırılmasının 407,1 min manata başa gələcəyini proqnozlaşdırıb.

Qeyd edək ki, "ATM Dubay" əyləncə, lüks, iş tədbirləri və korporativ səyahətin harmonik şəkildə birləşdiyi və qlobal liderlərin gələcəyi kəşf etmək üçün toplandığı bir platformadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti