...

Paytaxtın bu yollarında görünüş məsafəsi azalıb - SİYAHI

Cəmiyyət Materials 10 Mart 2025 09:58 (UTC +04:00)
Paytaxtın bu yollarında görünüş məsafəsi azalıb - SİYAHI
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın bəzi yollarında dumanlı hava səbəbindən görünüş məsafəsi azalıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hal-hazırda paytaxtın bu yollarında dumanlı hava səbəbindən görünüş məsafəsi azalıb:

1. Zığ dairəsi- Hava Limanı yolu;
2. Heydər Əliyev prospekti;
3. Yusif Səfərov küçəsi;
4. Aeroport şosesi;
5. Ziya Bunyadov prospekti.

"Xatırlatmaq istərdik ki, Bakıda dumanlı hava şəraiti ilə əlaqədar olaraq axşam saatlarından Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda tablolarda “dumanlı yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir",- deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti