...

Son 3 ildə ölkə üzrə internetin sürəti üç dəfə artıb - İKTA

Cəmiyyət Materials 10 Mart 2025 14:29 (UTC +04:00)
Son 3 ildə ölkə üzrə internetin sürəti üç dəfə artıb - İKTA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Son 3 ildə ölkə üzrə internetin sürəti üç dəfə artıb.

Trend xəbər verir ki, bunu bu gün İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İdarə Heyətinin sədr müavini Ceyhun Hüseynzadə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycanda internetin sürəti zəif deyil.

“Ölkədə "Onlayn Azərbaycan" layihəsi çərçivəsində GPON texnologiyalarından istifadə 100 %-ə çatıb. GPON texnologiyası əvvəlki digər texnologiyalardan daha sürətli internet təmin etmək qabiliyyətinə malikdir”,- deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti