Bakı. Trend:
Martın 1-nə olan məlumata əsasən, 688 itkin düşmüş şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanıb.
Trend xəbər verir ki, bunu Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyanın katibi Qəzənfər Əhmədov “Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı”nın təqdimat mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, Birinci Qarabağ müharibəsində itkin düşən 165 nəfərin şəxsiyyəti eyniləşdirilərək ictiqamiyyətə açıqlanıb.