Bakı. Trend:
Azərbaycan dövləti tərəfindən əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil təminatının yaxşılaşdırılması üçün mütəmadi olaraq mühüm addımlar atılmaqdadır. Bununla bağlı dövlət tərəfindən həyata keçirilən sosialyönümlü tədbirlər davam etdirilir.
Trend-in əldə etdiyi məlumata görə, bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Salyan rayonunda əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə yeni mənzillər veriləcək.
Belə ki, sözügedən rayonda 32 ədəd üçotaqlı mənzil əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə təhvil veriləcək.
Artıq bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyində müvafiq işlərə yekun vurulub.
Agentlik mənzillərin satın alınması ilə bağlı Natiq Hüseyn oğlu Əlisoy adlı şəxslə müqavilə bağlayıb. Müqaviləyə əsasən, sözügedən şəxsə 2,2 milyon manat vəsait ödənilib.