...

Milli Məclisin deputatları Bişkekdə TÜRKPA-nın komissiya iclasında iştirak edəcəklər

Siyasət Materials 10 Mart 2025 16:56 (UTC +04:00)
Milli Məclisin deputatları Bişkekdə TÜRKPA-nın komissiya iclasında iştirak edəcəklər
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Martın 11-də Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat Heydər Əsədov TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyanın onuncu iclasında iştirak etmək üçün Qırğız Respublikasının Bişkek şəhərinə səfər edəcəklər.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, iclasda “TÜRKPA üzv dövlətlərin Dayanıqlı İnkişaf Məqsədləri kontekstində ekoloji davamlılıq və yaşıl dünya sahəsində əməkdaşlığı” mövzusunda hesabat məruzəsi dinləniləcək, “Ekoloji təhsil və maarifləndirmə haqqında” və “Kurortlar, sahilyanı sağlamlıq və təbii müalicə yerləri haqqında” Model Qanun layihələrinin işlənib hazırlanmasına, həmçinin gündəliyin digər məsələlərinə baxılacaq.

Milli Məclisin deputatları tədbir çərçivəsində “Ətraf mühitin mühafizəsi: yeni çağırışlar ” mövzusunda seminarda da iştirak edəcəklər.

Səfər martın 15-də başa çatacaq.

Xatırladırıq ki, Əhliman Əmiraslanov adıçəkilən komissiyanın sədri, Heydər Əsədov isə üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti