...

Qrenlandiyanın Baş naziri müstəqillik məsələsini gündəmə gətirib

Dünya xəbərləri Materials 10 Mart 2025 23:30 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qrenlandiyanın Baş naziri Mute Egede adanın müstəqil ola biləcəyini bəyan edib.

Trend xəbər verir ki, o bu barədə Danimarkanın DR1 televiziya və radio kampaniyasına verdiyi müsahibədə bildirib.

M.Egede vurğulayıb ki, Qrenlandiyada fəaliyyət göstərən siyasi partiyalar birləşməli və müstəqillik üçün ümumi etibarlı plan hazırlamalıdırlar.

Qeyd edək ki, Qrenlandiya 1953-cü ilədək Danimarkanın koloniyası olub, sonradan isə krallığın subyektinə çevrilib. 1979-cu ildə 60 minə yaxın əhalisi olan ada Danimarkadan daxili muxtariyyət statusu alıb.

Xəbər lenti

Xəbər lenti