...

İlon Mask Polşanın Xarici İşlər Nazirinə ittihamlar irəli sürdü

Dünya xəbərləri Materials 11 Mart 2025 01:02 (UTC +04:00)
İlon Mask Polşanın Xarici İşlər Nazirinə ittihamlar irəli sürdü
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikalı sahibkar İlon Mask, "X" sosial şəbəkəsində bəyan edərək Polşanın Xarici İşlər Naziri Radoslav Sikorskinin milyarder Corc Sorosun əlaltısı olduğunu iddia edib.

Trend xəbər verir ki, Mask bu bəyanatı Sikorski ilə Ukraynada "Starlink" sisteminin söndürülməsinə dair məlumatlar ətrafında mübahisə zamanı bildirib.

Sosial şəbəkə istifadəçilərindən biri Sikorski və Sorosun dost olduqlarını təxmin edib, Mask isə "Bəli, o, Sorosun əlaltısıdır" deyə cavab verib.

Qeyd edək ki, Mask və Sikorski arasındakı mübahisə "X" sosial şəbəkəsində baş verib. Mask, Polşanın Xarici İşlər Naziri Sikorskini kiçik adam adlandırıb və ondan susmasını tələb edib.

Sikorski isə bildirib ki, "Starlink" peyk rabitə sistemi Polşanın Rəqəmsallaşma Nazirliyi tərəfindən 50 milyon dollar ilə maliyyələşdirilir. Nazir, həmçinin vurğulayıb ki, "SpaceX" etibarsız təchizatçı olduğunu sübut etsə, Varşava başqalarını axtaracaq.

Xəbər lenti

Xəbər lenti