Bakı. Trend:
Çexiyanın cənub-şərqindəki Brno şəhərində tikinti işləri zamanı İkinci Dünya Müharibəsindən qalma hava bombası tapılıb.
Trend xəbər verir ki, bu barədə ČTK agentliyi məlumat yayıb.
Polis tapıntı yerinin yaxınlığında yerləşən səkkiz çoxmərtəbəli binanın sakinlərini təcili olaraq təxliyə edib, bununla bağlı yüzlərlə vətəndaşın ərazini tərk etdiyi bildirilib.
Bundan əlavə, polis bombanın aşkar edildiyi ərazini mühasirəyə alıb. İstehkamçılar isə onun harada məhv edilməsinə qərar verməlidir. Hava bombasının şəhərdən çıxarılacağı, sonra isə məhv ediləcəyi gözlənilir.