Bakı. Trend:
Qvatemala hakimiyyəti Mərkəzi Amerikanın ən aktiv vulkanı olan Fueqo vulkanının püskürməsi səbəbindən minə yaxın insanı təxliyə edib.
Trend-in "The Guardian"a istinadən verdiyi məlumata görə, paytaxtdan 35 kilometr aralıda yerləşən vulkan martın 9-da səhər saatlarında aktivləşib. Yerli sakinlər güclü gurultu eşidib, daha sonra isə püskürən lava, kül və daşları müşahidə ediblər.
Hadisədən sonra həyəcan siqnalı verilib. Əgər vulkanın aktivliyi davam etsə, daha 30 min nəfərin risk zonasına düşəcəyi və evlərini tərk etmək məcburiyyətində qalacağı bildirilir.