...

ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard Hind-Sakit Okean turuna başlayıb

Dünya xəbərləri Materials 11 Mart 2025 02:46 (UTC +04:00)
ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard Hind-Sakit Okean turuna başlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard Hindistan, Tayland və Yaponiyanı əhatə edəcək Hind-Sakit Okean turuna start verib. O, ABŞ-yə qayıtmadan əvvəl Fransada da dayanacaq.

Trend xəbər verir ki, bu barədə Qabbard "X" sosial şəbəkəsində paylaşım edib.

“Mən özüm Sakit okean regionunda böyüdüyüm üçün bu bölgəni yaxşı tanıyıram və bir sıra ölkələrə səfər edəcəyəm. Yaponiya, Tayland və Hindistana gedəcəyəm və Vaşinqtona qayıdarkən Fransada qısa dayanacağam. Güclü münasibətlərin qurulması, qarşılıqlı anlayış və açıq kommunikasiya kanalları ABŞ Prezidenti Donald Trampın sülh, azadlıq və firavanlıq məqsədlərinə nail olmaq üçün həyati əhəmiyyət daşıyır", - deyə Qabbard yazıb.

Turun ilk dayanacağı Havay adalarının Honolulu şəhəri olacaq. Burada Qabbard kəşfiyyat icmasının rəsmiləri və ABŞ Hind-Sakit Okean Komandanlığının rəhbərliyi ilə görüş keçirəcək.

Qeyd edək ki, Milli Kəşfiyyat direktoru ABŞ-ın 18 kəşfiyyat orqanının fəaliyyətini koordinasiya edir.

Xəbər lenti

Xəbər lenti