Bakı. Trend:
Beşiktaş yay transfer dönəmində "Real Betis"in yarımmüdafiəçisi İskonu heyətinə qatmağı planlaşdırır.
Trend xəbər verir ki, bu barədə İspaniyanın "El Nacional" nəşri məlumatı yayıb.
İstanbul klubu 32 yaşlı oyunçuya hazırkı maaşının iki qatını təklif edəcək.
İsko "Betis"lə 2027-ci ilə qədər müqaviləyə malikdir və onun transfer dəyəri 20 milyon avro qiymətləndirilir.
Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi 2024/25 mövsümündə 17 matçda 7 qol və 3 assistlə yadda qalıb.