...

Ukraynanın 2014-cü il sərhədlərinə qayıtması son dərəcə çətin olacaq - Rubio

Dünya xəbərləri Materials 11 Mart 2025 04:58 (UTC +04:00)
Ukraynanın 2014-cü il sərhədlərinə qayıtması son dərəcə çətin olacaq - Rubio
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ administrasiyası Ukraynanın 2014-cü il sərhədlərinə qayıtmasının son dərəcə çətin olduğunu hesab edir.

Trend xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Səudiyyə Ərəbistanına səfəri zamanı jurnalistlərə açıqlama verib.

“Düşünürəm ki, hər iki tərəf bu vəziyyətin hərbi həllinin olmadığını anlamalıdır”, – deyə Rubio bildirib. Onun sözlərinə görə, “Ukraynanın Rusiya qüvvələrini 2014-cü il sərhədlərinə geri çəkməsi real müddətdə olduqca çətin görünür”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında martın 11-də ABŞ-Ukrayna danışıqlarının keçirilməsi planlaşdırılır. Danışıqlarda ABŞ-dən Marko Rubio, Prezidentin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts və xüsusi elçi Stiven Uitkoff, Ukraynadan isə Prezident Aparatının rəhbəri Andriy Yermak, xarici işlər naziri Andriy Sibiha və müdafiə naziri Rustem Umerov iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti