Bakı. Trend:
Missisipi ştatının Medison şəhərindəki meşəlik ərazisinə Missisipi Universitetinin tibbi helikopteri qəza törədib. Hadisə nəticəsində azı üç nəfər həyatını itirib.
Trend xəbər verir ki, bu barədə CBS televiziya şirkətinin yerli bölməsi məlumat yayıb.
Missisipi Universitetinin tibb mərkəzi helikopterdə iki işçi və bir pilotun olduğunu təsdiqləyib.
Hadisənin səbəbləri və təfərrüatları hələ müəyyənləşdirilir.