Bakı. Trend:
Keçmiş dövlət katibi Entoni Blinken, Bayden administrasiyasının keçmiş milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və hakimiyyətdən gedən administrasiyanın 50-dən çox keçmiş məmuru artıq məxfi məlumatlara çıxış imkanını itirib.
Trend xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard X sosial şəbəkəsində məlumat yayıb.
“Prezidentin göstərişinə uyğun olaraq, mən Entoni Blinken, Ceyk Sallivan, Liza Monako, Mark Zayed, Norman Eyzen, Letisia Ceyms, Elvin Breq və Endryu Veysman, eləcə də Hanter Baydenin məktubuna imza atan 51 nəfər üçün təhlükəsizlik icazələrini ləğv etdim və onların məxfi məlumatlara girişini qadağan etdim”, – Qabbard bildirib.