...

Donald Tramp Si Cinpin ilə görüşə bilər

Dünya xəbərləri Materials 11 Mart 2025 08:58 (UTC +04:00)
Donald Tramp Si Cinpin ilə görüşə bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin və ABŞ-nin sabiq Prezidenti Donald Trampın apreldə və ya mayda Çində görüş keçirə biləcəyi ehtimal edilir.

Trend xəbər verir ki, bu barədə South China Morning Post qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bununla belə, mənbələr görüşün dəqiq tarixinin hələlik müəyyənləşdirilmədiyini bildiriblər.

Məlumata görə, hər iki lider qarşı tərəfin birinci səfər etməsini istəyir, çünki bunu diplomatik üstünlük kimi təqdim etməyi planlaşdırırlar.

İlkin müzakirələr isə Donald Trampın Çinə səfəri ətrafında aparılıb.

Xəbər lenti

Xəbər lenti