...

Tonqa Krallığında zəlzələ qeydə alınıb

Dünya xəbərləri Materials 11 Mart 2025 07:23 (UTC +04:00)
Tonqa Krallığında zəlzələ qeydə alınıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tonqa Krallığının əsas adası Tonqatapunun qərb sahillərində 5,0 bal gücündə zəlzələ baş verib.

Trend xəbər verir ki ,bu barədə Avstraliya Geoloji Xidməti məlumat yayıb.

Zəlzələ Nukualofa şəhərindən 300 km qərbdə qeydə alınıb. Şəhərdə 22 min nəfərdən çox əhali yaşayır. Zəlzələnin mənbəyi təxminən 400 km dərinlikdə yerləşirdi.

Hazırda tələfat və dağıntılar barədə məlumat yoxdur və sunami təhlükəsi elan olunmayıb.

Xəbər lenti

Xəbər lenti