Bakı. Trend:
Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye naziri Yoji Muto, ABŞ-a səfəri zamanı amerikalı həmkarlarından Tokionu Vaşinqtonun idxal olunan polad və avtomobillərə tətbiq etməyə qərar verdiyi rüsumlardan azad etməyi xahiş edib.
Trend xəbər verir ki, bu barədə Muto ABŞ-nin ticarət naziri Hovard Latniklə görüşdən sonra keçirilən mətbuat konfransında danışıb.
Muto mətbuat konfransında, “Ölkəmiz ABŞ hökumətinin daha əvvəl elan etdiyi tarif tədbirlərinə tabe olmamalıdır” deyib. O, əlavə edib ki, Amerika tərəfi ikitərəfli iqtisadi əlaqələrin inkişafı ilə bağlı yaxın danışıqları davam etdirmək niyyətini ifadə edib. Lakin Muto bu mövzuda danışıqların təfərrüatlarını açıqlamayıb.
Bundan əlavə, Muto qeyd edib ki, tərəflər enerji sektorunda əməkdaşlıq məsələsini, o cümlədən Yaponiyanın Amerika mayeləşdirilmiş təbii qazın alışını artırmağı müzakirə ediblər.