...

Bakıda 9 otaqlı evdə yanğın baş verib

Hadisə Materials 11 Mart 2025 08:55 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Sabunçu rayonunda 9 otaqlı evin qarajında yanğın olub.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 350 m² (hər mərtəbəsi 175 m²) olan ikimərtəbəli evin 1-ci mərtəbəsində yerləşən, sahəsi 40 m² olan qarajın yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb.

Evin digər hissələri alovdan mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti