...

Rusiya İxrac Mərkəzi Azərbaycana 3 milyard dollardan çox məbləğdə ixracata dəstək olub

İqtisadiyyat Materials 11 Mart 2025 14:00 (UTC +04:00)
Rusiya İxrac Mərkəzi Azərbaycana 3 milyard dollardan çox məbləğdə ixracata dəstək olub
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya İxrac Mərkəzi Azərbaycana 3 milyard (ABŞ) dollardan çox məbləğdə ixracata dəstək olub.

Trend xəbər verir ki, bunu “Rusiya İxrac Mərkəzi” SC-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nuri Quliyev Moskva müəssisələrinin Azərbaycandakı biznes-missiyası çərçivəsində keçirilən təqdimat sessiyasında etdiyi çıxışda bildirib.

“Rusiya İxrac Mərkəzi 2017-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Bu müddət ərzində biz Azərbaycana 3 milyard (ABŞ) dollarından çox məbləğdə ixracata dəstək olmuşuq. Bu kifayət qədər böyük rəqəmdir və Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsinin inkişafına töhfədir”, -deyə o bildirib.

Quliyevin sözlərinə görə, Rusiya üçün həm də “Made in Russia” brendi altında məhsulların təşviqi və populyarlaşdırılması olduqca önəmlidir.

Qeyd edək ki, Moskva İxrac Mərkəzi 11-13 mart tarixlərində Bakıda biznes-missiya təşkil edib. Biznes-missiya çərçivəsində Moskva şirkətləri sənaye, avtomatlaşdırma və tibb sahəsində qabaqcıl həllər təqdim edəcəklər və öz məhsullarını və xidmətlərini nümayiş etdirəcəklər.

Biznes-missiya çərçivəsində Bakıdakı tədbirdə aşağıda göstərilən sahələri təmsil edən aparıcı Moskva müəssisələri iştirak edəcəklər.

- Sənaye avadanlıqları: Şirkətlər kabel və keçirici məhsullardan tutmuş analitik cihazqayırma və qeyri-dağıdıcı nəzarət həllərinə qədər geniş məhsul çeşidi təklif edəcəklər.

- Avtomatlaşdırma və texnologiya: İştirakçılar proseslərin idarə olunması üçün tənzimləyici və kəsici klapanlar da daxil olmaqla innovativ həllərini təqdim edəcəklər.

- Tibb və biotexnologiyalar: Moskva şirkətləri diaqnostika və müalicə üçün qabaqcıl texnologiyalar və innovativ tibbi məmulatlarını nümayiş etdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti