...

Ceyhun Bayramov Bakı ilə Astana arasında iqtisadi əməkdaşlığın perspektivlərindən danışıb

İqtisadiyyat Materials 11 Mart 2025 11:58 (UTC +04:00)
Ceyhun Bayramov Bakı ilə Astana arasında iqtisadi əməkdaşlığın perspektivlərindən danışıb
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin yekunlarına görə Azərbaycan və Qazaxıstan arasında ikitərəfli ticarətin həcmi 500 milyon dollar təşkil edib.

Trend xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qazaxıstanlı həmkarı Murat Nurtleu ilə Astanada keçirdiyi birgə mətbuat konfransında bildirib.

“300 milyon dollar ilkin kapitalı olan Qazaxıstan- Azərbaycan fondunun yaradılması ölkələrimiz arasında birgə institusiyonal layihələrin həyata keçirilməsinə əhəmiyyətli təsir göstərəcək. Bütün bu inkişafla yanaşı, dövlətlərimiz arasındakı münasibətlərin yüksək səviyyədə olmasını və aktiv siyasi dialoqu nəzərər alaraq, biz iqtisadi əməkdaşlığımızın potensialını tam olaraq gerçəkləşdirmək üçün səylərimizi mütləq artırmalıyıq”, -deyə o bildirib.

C.Bayramovun sözlərinə görə, Azərbaycan Respublikasının Ələt Azad İqtisadi Zonası və Qazaxıstanın müvafiq azad iqtisadi zonaları da daxil olmaqla, sənaye və texnoloji parklar arasında əməkdaşlıq üçün geniş potensial mövcuddur.

“Daşınma və kommunikasiya sahəsinə gəldikdə isə, Orta Dəhlizin ayrılmaz hissəsi olan beynəlxalq Transxəzər nəqliyyat marşrutu çərçivəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də Bakı və Aktau arasında çəkilməsi planlaşdırılan və Rəqəmsal İpək Yolu layihəsinin əsas hissəsini təşkil edən Xəzər dənizinin dibi ilə fiberoptik kabel magistralı layihəsi Azərbaycan və Qazaxıstan arasındakı əməkdaşlığın daha dinamik səciyyət almasına töhfə verəcək", - deyə Azərbaycanın xarici işlər naziri əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti