Bakı. Trend:
Cari ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar
Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar 652,9
min manat olub.
Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumata görə, bu, ötən ilin eyni
dövrü ilə müqayisədə 7,8 faiz çoxdur.
Qeyd edilib ki, həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 4,4 milyon manat təşkil edib və proqnoz 105,5 faiz icra edilib.
Qeyd edək ki, ötən il Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar 2023-cü illə müqayisədə 11,4 % artaraq 4,4 milyon manatdan çox olub. Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 18,9 % artaraq 29 milyon manata yaxın olub.