Bakı. Trend:
Bakı şəhəri və Abşeron yarımadası ərazisində ümumölkə televiziya kanallarının həm HD, həm də SD formatda yayımı həyata keçirilir.
Trend xəbər verir ki, bu barədə Audiovizual Şuranın bəzi yerli televiziya kanallarının HD yayımı dayandırması ilə bağlı iddialarla əlaqədar açıqlamasında deyilir.
"Bu yayımlarla bağlı hazırda heç bir problem yoxdur və normal keyfiyyətdə aparılır.
Televiziya kanallarının HD yayımını dayandırması ilə bağlı bəzi sosial şəbəkə hesabları vasitəsilə yayılan xəbərlər həqiqəti əks etdirmir", - deyə açıqlamada bildirilib.