Bakı. Trend:
Azərbyacan Ordusunda şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi və hərbi qulluqçuların sağlamlığının qorunub saxlanılması məqsədi ilə onların fiziki hazırlığına xüsusi diqqət yetirilir. Bütün qoşun növləri, birlik, birləşmə və hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində şəxsi heyət mütəmadi olaraq fiziki hazırlıq məşğələlərinə cəlb olunur, kütləvi idman tədbirlərində fəal iştirak edirlər.
Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, keçirilən dərs və məşğələlərdə üzgüçülük,
taekvondo, güləş, cüdo, qaçış, boks, futbol, voleybol və digər
idman növləri ilə yanaşı, hərbi qulluqçulara özünümüdafiə, əlbəyaxa
döyüş növləri də öyrədilir.
Hərbi qulluqçuların fiziki hazırlığı daim diqqət mərkəzində
saxlanılır.