...

İspaniya şirkəti Azərbaycanda bərpa olunan enerji sahəsi üzrə konsaltinq xidmətləri təklif edir (ÖZƏL)

İqtisadiyyat Materials 11 Mart 2025 20:11 (UTC +04:00)
İspaniya şirkəti Azərbaycanda bərpa olunan enerji sahəsi üzrə konsaltinq xidmətləri təklif edir (ÖZƏL)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyanın "Fomento" şirkəti Azərbaycanda suvarma, qida istehsalı və xüsusən bərpa olunan enerji sahəsi üzrə konsaltinq imkanlarını nəzərdən keçirir.

Bu barədə Trend-ə açıqlamasında şirkətin icraçı direktoru Diana Villaraqa deyib.

O, əvvəlcə şirkət haqqında məlumat verib və daha sonra Azərbaycanda potensial əməkdaşlıq fürsətlərini diqqətdə saxladıqlarını bildirib:

"Biz layihələrin hazırlanmasında ixtisaslaşmış İspan şirkətiyik. Mühəndislik, təchizat, tikinti və istismara qədər əhatə etdiyimiz layihələr üzrə konsaltinq xidmətləri təklif edirik. Biz Azərbaycan bazarında potensial imkanları araşdırmaqda maraqlıyıq.

Hökumətinizin xüsusilə də azad edilmiş ərazilər üçün çox iddialı sosial-iqtisadi inkişaf planı var və bu təqdirəlayiqdir".

"Biz müxtəlif sektorlarda işləyirik, lakin suvarma, qida istehsalı və xüsusən də bərpa olunan enerji, günəş enerjisi ilə məşğul olan aqrosənaye sahəsinə çox diqqət yetiririk.

Beləliklə, bizim burada təşəbbüsümüz hökumətinizlə, eləcə də, Azərbaycanın biznesləri ilə imkanları və əməkdaşlıq perspektivlərini daha yaxşı dəyərləndirməkdir", - deyə şirkətin rəsmisi vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti