...

Ötən ay neçə təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib? - RƏSMİ

Cəmiyyət Materials 11 Mart 2025 17:10 (UTC +04:00)
Ötən ay neçə təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib? - RƏSMİ
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2024/2025-ci tədris ilinin yaz semestri üçün Təhsil Tələbə Kreditinə müraciət artıq 17 fevral tarixindən başlanıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Təhsil Tələbə Krediti Fondundan məlumat verilib.

Bildirilib ki, fevral ayı üzrə təhsil tələbə krediti əldə etmək üçün Fonda məxsus elektron portala 5574 müraciət daxil olub, 3553 təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib.

Qeyd edək ki, Təhsil Tələbə Krediti Fondu təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələrə dəstək olmaq məqsədilə 2021-ci ildə Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılıb. Təhsil tələbə krediti sistemini tətbiq etməkdə əsas məqsəd təhsilə əlçatanlığı təmin etməkdən, təhsil almaqda bərabər imkanlar yaratmaqdan və təhsilin əhatə dairəsini genişləndirməkdən ibarətdir.

Son statistikaya əsasən, Fond fəaliyyətə başladığı gündən etibarən bugünədək 50992 təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti